Qubernator: Moskva vilayətinə PUA hücumunda 16 nəfər xəsarət alıb

18.06.2026

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Moskva vilayətində Ukrayna dronlarının hücumu nəticəsində xəsarət alanların sayı 16 nəfərə çatıb.

Bu barədə vilayətin qubernatoru Andrey Vorobyov bildirib.

Onun sözlərinə görə, yaralananlardan ikisi uşaqdır.

Qeyd edək ki, Ukrayna Moskvaya son iki ildə ən böyük dron hücumunu edib, 200-ə yaxın PUA vurulub.

///apa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью