Qubernatorla deputat əlbəyaxa oldu, Paşinyan iclası tərk | Icma.az
Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir. Qeyd edilib arzuolunmaz olay partiya iclasında baş verib.
Hakim fraksiyadan olan erməni deputat Hayk Sarkisyanla Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan arasında dava düşüb.
Münaqişəyə səbəb Sarkisyanın regionda meşələrin qeyri-qanuni qırılması ilə bağlı bəyanatı olub.
Deputat qubernatoru Tavuşda təhlükəli ekoloji vəziyyət yaratmaqda ittiham edib.
Təhqirlərlə müşayiət olunan sözatmalar sonda davaya çevrilib: "Davanın gedişatını izləyən baş nazir iclası tərk edib.
Səhiyyə naziri Anahit Avanesyan isə dava iştirakçılarına müdaxilə edib və siyasətçiləri sakitləşdirməyə çalışıb.
Lakin gərginlik daha da artıb". Tural Tağıyev AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu