Qucağıma sığan balacam artıq boyuma çatıb

29.07.2026

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Aparıcı Günay Baxşəliyeva qızı Dilavərlə istirahət görüntülərini bölüşüb. 

Axşam.az xəbər verir ki, aparıcı övladının 13 yaşının tamam olmasına sayılı günlər qaldığını bildirib. O, qızı ilə bağlı hisslərini sosial şəbəkə hesabında yazıb:

"Bir də baxdım ki, qucağıma sığan balacam artıq boyuma çatıb. Yanımda dayananda zamanın necə sürətlə keçdiyini daha dərindən hiss edirəm. 3 avqusta sayılı günlər qalıb… Mənim Dilavərimin artıq 13 yaşı tamam olur. Allah bütün övladları qorusun".

Qeyd edək ki, aparıcı Zaur Baxşəliyevlə ailəli olan Günayın bir oğul övladı da var. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью