Qüdrət Həsənquliyev bələdiyyələrə irad tutdu

14.02.2025

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Məruzədə bəzi məqamlarda konkretlik çatmır. Məsələn qeyd olunur ki, şəhid ailələrinə yardım olunur. Amma bunun qədəri bildirilmir".

Redaktor.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bügünkü iclasında bələdiyyələrlə bağlı illik məruzənin müzakirəsi zamanı dedi.

"Bəzi məkanlarda küçə itləri çoxdur. Bələdiyyələr bununla bağlı hansı işləri gördüyünü məlumat vermir. Bələdiyyələrə nəzarət olunmalıdır ki, dəqiq rəqəmlər qeyd olunsun", - deyə millət vəkili əlavə etdi.

Türkan İSGƏNDƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью