Qüdrət Həsənquliyev İsabalı İsayevi təbrik edib

01.06.2026

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın Ali Məclis sədrinin müavini İsabalı İsayevi 65 illik yubileyi münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir:
“Hörmətli İsabalı bəy!
Siz Milli Azadlıq Hərəkatının fəal üzvlərindən biri kimi Azərbaycanın azadlığı, bütövlüyü uğrunda mübarizə aparmış, həmişə ön sıralarada olmusunuz.
Bütövlük məfkurəsi daim siyasi fəaliyyətinizin əsasını təşkil edib.
Təkcə siyasətçi kimi deyil, eyni zamanda döyüşçü kimi də Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində danılmaz xidmətləriniz var.
Sizi 65 illik yubileyiniz münasibətilə təbrik edir, cansağlığı və uğurlar arzulayıram!”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью