Qüdsdə atışma nəticəsində 5 nəfər ölüb

08.09.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Yerusəlimdə atışma nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb.

Bakıvaxtı.az "DHA"ya istinadən xəbər verir ki, bu barədə İsrailin Milli Təcili Yardım Xidməti məlumat yayıb.

Məlumata görə, Qüdsün Ramot bölgəsində baş verən atışmada yaralanan 5 nəfərin vəziyyəti ağırdır. Tibb işçiləri zərərçəkənlərə yardım edir.

Hücumdan sonra Qüdsə giriş bağlanıb. 

İsrail polisi Ramot qovşağında atəş açan iki şəxsi zərərsizləşdirdiklərini açıqlayıb. Onların şəxsiyyəti hələ müəyyən edilməyib.

Polis hadisənin terror aktı kimi qiymətləndirilə biləcəyini qeyd edib.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью