Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Terror aktında 6 nəfər həlak olub: qurbanlar arasında hamilə qadın da var
Qüdsdə avtobusda atışma nəticəsində 6 nəfər həlak olub. AYNA.AZ “CBS News”a istinadən xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar bildirib.
İsrail Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, atışma qurbanları arasında hamilə qadın da var.
Qeyd edək ki, bu gün Qüdsdə iki naməlum şəxs insanların olduğu avtobusa atəş açıb. Terrorçular təhlükəsizlik xidmətinin əməkdaşı və silahı olan mülki şəxs tərəfindən məhv edilib.