Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
2024-cü ildə quduzluqdan ölüm halı qeydə alınmayıb.
Bu barədə Dövlət Statistika Komitəsi BAKU.WS-in sorğusuna cavab olaraq bildirib.
Qurumun məlumatına görə, göstəricilər Səhiyyə Nazirliyinin təqdim etdiyi məlumatlar əsasında hazırlanır.
Komitədən verilən məlumata əsasən, 2024-cü il ərzində Azərbaycanda quduzluqdan ölüm halı baş verməyib. Qeyd olunub ki, ölüm hallarına dair statistik məlumatlar hər il dövri şəkildə işlənir və ictimaiyyətə təqdim olunur.