Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sinqapurda hazırki dünya çempionu Dinq Liren (Çin) və namizədlər turnirinin qalibi Qukeş Dommarajunun (Hindistan) Şahmat Tacı uğrunda mübarizəsi davam edir.
İdman.biz xəbər verir ki, bu gün 11-ci partiyaya yekun vurulub.
7 turdan sonra sülh seriyasında son qoyulub. Hindistanlı şahmatçı qələbə qazanaraq, yarışda önə keçib. Sona 3 tur qalmış Qukeş 6:5 hesabı ilə irəlidədir.
Qeyd edək ki, 14 turdan sonra qalib müəyyən olunmasa şahmatçılar tay-breykdə çempionluq uğrunda yarışacaqlar.
İdman.biz