Qulaq deşdirməyin fəsadları | Icma.az
Icma.az, Saglamolun saytına istinadən bildirir. Uşaq yaşlarında qız uşaqlarının qulaqlarında sırğa taxmaq üçün iynə ilə deşik açılır.
Yara sağalana kimi bəzən əvvəlcə ona sapdan sırğa taxılır, sonralar isə onu qızıl sırğa ilə əvəz edirlər.
Hazırda gənclərin öz qulaqlarını deşməsi, yaxud salonlarda deşdirməsi, üstəlik qulağın qığırdaq və ortasından sırğalar asması dəb halını alıb.
Qulağın səhv deşilməsinin fəsadlarından xəbərsiz olanlar isə bunu adi hal kimi qəbul edirlər.
Mütəxəssislərin fikrincə, qulağın səhv deşilməsi ağır fəsadlara səbəb ola bilər.
Ona görə də uşaqlarda qulaq deşdirmək üçün düzgün yaş dövrünü seçmək lazımdır.
Saglamolun.az bildirir ki, həkim-dermatoloq Solmaz Orucova AZƏRTAC-a deyib: "Qulaqdeşilmə prosesini uşaqlarda 9 ayından yaş yarımınadək olan dövrdə həyata keçirmək məsləhət görülür.
Onu körpənin doqquz ayından tez etdikdə uşaq böyüdükcə qulağının forması dəyişir, qulaq dərisi aşağıya doğru sallanır və deşilmiş yer aşağıda qalır və bu, valideynləri narahat edir.
Tam oxu
Xəbəri oxu