Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Amerikalı dermatoloq Dr.Maykl Park günəşdən qoruyucu kremi dəriyə çəkərkən açıqda qalan bütün nahiyələrin, o cümlədən qulaqların da diqqətlə qorunmasının vacibliyini xatırladıb.
Onun sözlərinə görə, bu bölgəyə laqeyd yanaşmaq dəri xərçəngi riskini əhəmiyyətli dərəcədə artıra bilər.
Ölkə.az xəbər verir ki, bu barədə mütəxəssisin fikirlərini "Daily Mail" yayımlayıb.
O bildirib ki, dəri xərçənginin ən çox rast gəlinən iki növü var — melanoma və karsinoma.
Melanoma bu xərçəng növləri arasında ən aqressiv olanıdır və dəri xərçəngindən ölüm hallarının təxminən 80%-i məhz bu növlə bağlıdır.
Böyük Britaniyada bu, yayılma tezliyinə görə ikinci yerdə qərarlaşıb və dərinin üst qatında inkişaf edir.
Həkimin sözlərinə görə, bu xəstəliyin 90%-i ultrabənövşəyi şüaların (günəş və solyari) təsiri nəticəsində yaranır.