Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Haitidə "Viv Ansanm" cinayətkar qruplaşmasının üzvləri Labodri balıqçı kəndinə hücum ediblər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb kimi qruplaşmanın Vladimir adlı başçısının öldürülməsi göstərilir.
Yerli mətbuatın yazdığına görə, silahlılar 40-dan çox sakini öldürüblər. Balıqçıların qruplaşmanın rəhbərinin öldürülməsi ilə hansı əlaqənin olduğu bəlli deyil.
Qeyd edək ki, hadisəyə BMT-dın ciddi reaksiya gəlib. Qurum yerli hökuməti illərdir davam edən bu tip halların qarşısını almağa çağırıb.
L.Tağıyeva