Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
Haitidə quldurlar Mirebalais şəhərini ələ keçirərək yüzlərlə məhbusu həbsdən azad ediblər.
"Unikal" xəbər verir ki, bu barədə "Rezo Nodwes" portalı məlumat dərc edib.
KİV yazır ki, martın 31-də onlarla silahlı cinayətkar şəhərə basqın edib. Dəstələr yüzlərlə məhkumu həbsxanadan azad edib, bir neçə nəfəri qətlə yetirib.
Portal qeyd edir ki, insident polisin səhlənkarlığını nümayiş etdirib: cinayətkarlar şəhəri ələ keçirmək niyyətində olduqlarını bəyan ediblər. Yerli əhali nəzarəti gücləndirməyə çağırsa da, hakimiyyət heç bir tədbir görməyib.
Gülayə Mecid