Quldurların qaçırdığı futbolçu xilas edilib İdman və Biz

05.12.2024

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Quldurlar tərəfindən qaçırılan futbolçu xilas olunub və hazırda sağ-salamatdır.

İdman.biz xəbər verir ki, Ekvador Milli Polisi bu barədə məlumat yayıb.

Söhbət Ekvadorun “Delfin” klubunun şərəfini qoruyan Pedro Perlazadan gedir. Üç gün ərzində dostu Xuan Karlos Morales ilə birlikdə saxlanan 33 yaşlı ekvadorlu futbolçuya görə quldurlar pul tələb ediblər. Polis onları silahlı əməliyyat nəticəsində azad edib.

Qeyd edək ki, ölkəsində 10-dan çox klubun, o cümlədən “Barselona”nın şərəfini qoruyan Pedro Perlaza Ekvador millisinin heyətində 3 oyun keçirib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью