futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Minifutbol üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatında qızıl medalları qazanıb.
Futbolpress.az xəbər verir ki, yığma finalda Macarıstana qalib gəlib – 4:2.
Millinin baş məşqçisi Elşad Quliyev çempionluğu belə şərh edib:
“Bütün xalqımızı təbrik edirəm. Çox gözəl qələbə oldu. Bunu xalqımıza ərmağan edirəm. Bu qalibiyyətdə əməyi olan hər kəsə, rəhbərliyə təşəkkür edirəm. Möhtəşəm qələbə idi. Bu hissləri yaşamaq lazımdır. Futbolda uduzmaq və qələbə qazanmaq da olur. Bütün oyunlara yüksək templə başlayarıq. Bu dəfə bütün istədiklərimizi həyata keçirə bildiyimiz üçün böyük hesab qeydə alındı”.