Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Stolüstü tennisçi Onur Quluzadə daha bir beynəlxalq yarışa qatılıb.
Futbolpress.az xəbər verir ki, seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Qazaxıstanın Almatı şəhərinə yollanan istedadlı idmançı “WTT Youth Contender” turnirində mübarizə aparacaq.
Bu gün başlayan beynəlxalq yarışa iyulun 27-də yekun vurulacaq.
Xatırladaq ki, Onur bugünlərdə Portuqaliyada təşkil olunan Avropa çempionatından bürünc medalla dönmüşdü.