sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Stolüstü tennisçi Onur Quluzadə daha bir beynəlxalq yarışda qüvvəsini sınayacaq. Sport24.az xəbər verir ki, istedadlı idmançı, seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə, iyunun 4-dən 7-dək İsveçin Helsinborq şəhərində təşkil olunacaq "WTT Youth Contender" turnirinə qatılacaq.
Onur həmçinin, Beynəlxalq Stolüstü Tennis Federasiyasının iyunun 8-dən 13-dək İsveçin Halmstad şəhərində istedadlı idmançılar üçün keçirəcəyi təlim-məşq toplanışında da iştirak edəcək.