Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində dəniz sahilində balıqların kütləvi ölümü qeydə alınıb.
Bu barədə kadrlar BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, qəsəbənin Qum adası adlanan ərazisində ölü balıqlar sahilə çıxıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Sözügedən kadrları təqdim edirik: