Icma.az bildirir, Mia.az portalına istinadən. Bakıda fəaliyyət göstərən bir neçə məşhur restoranın, o cümlədən “Medalyon” və “Nuxa” restoran
Musavat.com-un məlumatına əsasəni, Yusif Baqiyevin mal-mülkünün ümumi sahəsi az qala Azərbaycanda reallaşdırılan ən böyük layihə “Sea Breeze
“Sea Breeze” kurort şəhəri Xəzər dənizinin sahilində, Bakının mərkəzindən 30 dəqiqəlik məsafədə yerləşir.
500 hektar sahədə artıq 1,5 milyon kvadratmetrdən çox kommersiya obyekti və mənzillərdən ibarət daşınmaz əmlak satılıb və istifadəyə verilib.
Layihəyə qoyulan investisiyalar 7 milyard dollar təşkil edir. Yusif Baqiyevin əmlaklarının bu layihə ilə müqayisə edilməsi maraq doğurur.
Onun həbsi ilə nəticələnən əməliyyatı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları həyata keçirib.
Mətbuatda yazılanlara görə Yusif Baqiyev (Şəkili) ölkədə “qumar kralı” kimi tanınır.
Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) və 244-1.4-cü (qumar oyunlarını təşkil etmə və keçirmə-xüsusilə külli miqdarda gəlir əldə etməklə ) maddələri ilə ittiham elan edilib.