“Qumar kralı” Şəkili Yusifin həbs müddəti uzadıldı Ekskluziv

04.06.2025

Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qumar kralı” kimi tanınan Şəkili Yusifin həbs müddəti uzadılıb.

Sitat.info-nun əldə etdiyi məlumata görə, bir neçə gün öncə Hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən məhkəmədə Şəkili Yusifin həbs müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) və 244-1.4-cü (qumar oyunlarını təşkil etmə və keçirmə-xüsusilə külli miqdarda gəlir əldə etməklə ) maddələri ilə ittiham elan edilib.

Bu maddələrin sanksiyasında 12 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Yusif Baqiyevin adı mediada tez-tez hallanır. Onun Bakıda yerləşən iaşə obyektlərində qanunsuz qumar oyunları təşkil etdiyi deyilir.

Eyni zamanda, Yusif Baqiyevin Bakıda yerləşən “Medalyon Pub” və “Nuxa”  restoranlar şəbəkəsinin sahibi olduğu bildirilir.

Məğrur,

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью