Qumar oynayan adam polis bölməsinə dəvət edilə bilərmi?

27.01.2026

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər sosial şəbəkədə qumar oynayanlarla bağlı görülən tədbirlər müzakirələrə səbəb olur.

Vaxtaşırı müzakirələrə səbəb olan bu məsələ hələ də suallar doğurur.

Məsələn, qumar oynayan şəxs polis bölməsinə çağırıla bilərmi?

Bu barədə Gununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.

O bildirib ki, qumar oynayan şəxsi polis bölməsinə dəvət edilməsi qanunidir:

“Ümumiyyətlə, qanunsuz qumar oyunlarında oyun oynamaq inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən, qumar oyununda iştirak etməyə görə qumar ləvazimatları və qumara qoyulmuş vəsait və digər əmlak, gəlirlər müsadirə edilməklə, şəxs 3000 manat məbləğində cərimə edilir. Bir sözlə, qumar oyunları ilə bağlı aparılan inzibati icraat və yaxud da cinayət işləri üzrə şəxs hüquq-mühafizə orqanlarına dəvət edilə bilər”.

Orxan
Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью