Qumara görə Azərbaycandan qovuldu, Rusiyada özünə klub tapdı

14.02.2025

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən ilin dekabrında "Şamaxı"nın yola saldığı Georgi Kantariyanın yeni klubu müəyyənləşib. Sport24.az xəbər verir ki, gürcü yarımmüdafiəçi Rusiyada çıxış edəcək.

O, I liqada mübarizə aparan "Sokol"a anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kantariya ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Giorgi Kantariya mövsümün əvvəlində "Şamaxı"ya keçsə də, adı danışılmış oyunlarda hallandığı üçün dekabrda klubdan göndərilib. O, 2022-2023 mövsümündə isə "Kəpəz"də çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью