Qumral: “Anamın yolu ilə gedirəm”

26.08.2026

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qumral yenə də həmkarlarına meydan oxuyur.

Adalet.az-a danışan gənc ifaçı həmkarlarını kobudluq etməkdə qınayıb:
“Mən müğənni ailəsində dünyaya gəlmişəm. Təranə xanım kimi qadından tərbiyə almışam. Anam bizə sadə olmağı öyrədib. Ədəbli və  əxlaqlı yaşamağın vacib olduğnu deyib. Mən də anamın yolu ilə gedirəm. Övladlarımı elə böyüdürəm. Özüm necə sadə, səmimi, mehriban, tərbiyəliyəmsə balalarımın da elə olmalarını istəyirəm.
Heç kəsə kobudluq etməmişəm. Həmişə özümdən böyüklərin qarşısına qaçmışam. Bu belə də olmalıdır. Ancaq məndən kiçik ifaçıları görürəm ki, dünən meydana gəliblər, amma adama salam belə vermək istəmirlər. Belə olmaz. Bu yaxşı hal deyil. İnsan ancaq sadəliklə ucalır”.

Əntiqə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью