Qumral ərinin xəyanətindən DANIŞDI

03.02.2026

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müğənni Qumral həyat yoldaşı Natiqin xəyanəti ilə bağlı açıqlamaları ilə gündəmə gəlib. Onun səmimi etirafları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, xəyanətin müxtəlif formaları var və bu, təkcə fiziki yaxınlıqla məhdudlaşmır:

"Xəyanət hər cür olur - telefonla, mesajla da. Elə hallar var ki, dərin bir şey olmur, yüngül xəyanət sayılır. Bu cür hallar demək olar ki, hər bir kişinin həyatında olur. Elə bir insan yoxdur ki, onu muzeyə qoyasan və deyəsən, heç vaxt belə bir şey yaşamayıb".

Qumral etiraf edib ki, yüngül xəyanəti bağışlayıb, baxmayaraq ki, bu səbəbdən bir müddət küsülü olub:

"Keçmişəm, düzdür, küsülü qalmışam. Amma ən çox anam israr etdi ki, ailəni dağıtmaq olmaz. Həmişə demişəm ki, mənim anam sanki Natiqin anasıdır. Çox vaxt məni günahkar çıxarır".

Onun sözlərinə görə, yaş artdıqca həyat yoldaşı ailənin dəyərini daha yaxşı anlayıb:

"Natiq yaşa dolduqca ailəsinin daha qiymətli olduğunu dərk etdi. İndi ailəsi üçün yaşayır, kənar sözlərə qulaq asmır".

Qumral sonda vurğulayıb ki, ailə olaraq çətin sınaqlardan keçiblər:
"Biz elə şeylərin öhdəsindən gəlmişik ki, sanki ailəmizlə dörd fəsli yaşamışıq".

Qumralın bu açıqlamaları izləyicilər arasında müzakirə yaradıb.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью