Qumral: Mən Aysundan daha çox gündəmdəyəm

28.04.2025

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Atv telekanalında yayımlanan "Rəngarəng" verilişində qonaq olan müğənni Təranə Qumralın qızı Qumral Musayeva gündəm yaradacaq açıqlama verib.

AZXEBER.COM xəbər verir ki, o, Zaur Nəbioğlunun "Sən daha çox gündəmdəsən ya Aysun İsmayılova?" sualına verdiyi cavabla gündəm olub.

Qumralın sözləri şou-biznesdə yeni qalmaqalın əsasını qoyacaq:

"Əlbəttə ki, mən daha çox gündəmdəyəm. Daha çox sevilirəm, daha çox işləyirəm. Bu gün mən xanım olaraq həm sənətimlə, həm də ailəmlə birlikdəyəmsə, deməli hamıdan öndəyəm. Həm sənətdə irəliləmək, həm də ailəsini bir arada saxlamaq hər müğənninin işi deyil. Ailəni idarə etmək lazımdır".

Aysel

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью