Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Müğənni Qumral qızının məktəbə qəbul olunmasını təmtəraqlı məclislə qeyd edib.
Milli.Az xəbər verir ki, sənətçi övladının bu özəl günü münasibətilə dostlarını, qohumlarını, yaxınlarını, eləcə də şou-biznes nümayəndələrini və tanınmış simaları bir araya gətirib.
Gecə boyu musiqi sədaları altında əylənən qonaqların iştirakı ilə keçirilən məclis xoş və səmimi atmosferi ilə yadda qalıb.
Qumralın qızının məktəbə başlaması münasibətilə təşkil etdiyi tədbirdən görüntülər də maraqla qarşılanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)