Qunduzlar 4 kəndi işıqsız qoydu

01.12.2024

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyanın Leninqrad vilayətinin 4 kəndi qunduzlara görə işıqsız qalıb.

Publika.az xəbər verir ki, vilayətin Tixvin rayonunda qunduzlar bir neçə ağacı gəmirərək onları elektrik naqillərinin üzərinə yıxıblar.

"Baza" "Telegram" kanalının yaydığı məlumata görə, qunduzlar keçidin qarşısını alan bənd qurduqları üçün zədələnmiş elektrik xəttinə çatmaq çətin olub. Mütəxəssislər ekskavatordan istifadə etməli olublar.

Hazırda elektrik enerjisinin verilişi bərpa edilib.

Qunduzlara zərər dəymədiyi açıqlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью