Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Abzas Media" əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakupost.az Lent.az-a istinadla xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilir.
Təqsirləndirilən Ülvi Həsənli “Abzas”ı 2016-cı ildə yaratdığını və elə həmin andan media qurumunun rəhbəri olduğunu bildirib.
“Abzas”da sosial problemlərin işıqlandırıldığını və siyasi proseslərlə bağlı reportajların hazırlandığını qeyd edib.
Ülvi Həsənli dövlət ittihamçısının suallarını cavablamaqdan imtina etsə də, müdafiəçilərin suallarını cavablayıb.
Təqsirləndirilən Fərid Mehralızadənın vəkili Cavad Cavadlı məhkəməyə vəsatət təqdim edib.
O, bildirib ki, Fərid Mehralızadənin yeni qız övladı dünyaya gəlib.