"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"

14.09.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti İtaliya futbolunun hazırkı durumunu tənqid edib.

QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, mütəxəssis İtaliya millisinin son illərdə yüksək səviyyəli futbolçular yetişdirə bilmədiyini bildirib:

"Düşünürəm ki, son illərdə İtaliya yüksək səviyyəli yaxşı futbolçulardan ibarət nəsil yetişdirə bilməyib. Elə bir vəziyyət yaranıb ki, hazırda A Seriyasının aparıcı klublarında - “Milan”, “İnter” və “Yuventus”da - keyfiyyətli italiyalı hücumçu yoxdur.

İtaliya növbəti dünya çempionatına vəsiqə qazanmalıdır. Hesab edirəm ki, U-20 və U-17 komandalarında çıxış edən yeni nəsil Avropada yaxşı nəticələr göstərir. Düşünürəm ki, yeni nəsil daha güclü olacaq və İtaliya növbəti dünya çempionatında iştirak edə biləcək".

Qeyd edək ki, İtaliya millisi son 3 dünya çempionatında iştirak edə bilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью