"Araz"ın sistemi çökdü, kartla ödəniş dayandırıldı

11.08.2025

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


“Araz” marketlər şəbəkəsində kartla ödəniş etmək mümkün deyil.

Bu barədə Bakupost.az-a alıcılar şikayətində deyiblər.

Bildirilir ki, məhsul alan zaman alıcılar kartla ödəniş seçimi edə bilmirlər. Market nümayəndələri kart vasitəsilə ödənişin mümkünsüz olduğunu qeyd edirlər.

Problemin “Araz” marketlər şəbəkəsinin sistemindən qaynaqlandığı deyilir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью