"Arsenal" 18 ci dəfə Superkubok sevinci yaşadı

16.08.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

"Arsenal" 18-ci dəfə Superkubok sevinci yaşadı

İngiltərə Superkuboku uğrunda "Arsenal" və "Mançester Siti" klubları üz-üzə gəlib. 

QOL.az xəbər verir ki, "Arsenal" "Mançester Siti"ni 3:0 hesabı ilə məğlub edərək tarixində 18-ci dəfə bu titula sahib olub. 

16 avqust

"Arsenal" - "Mançester Siti" - 3:0

Qollar: Kalafyori, 1, Haverts, 28, Edeqor, 48

Bu nəticə ilə "Arsenal" turnirin tarixində ən çox qalib gələn ikinci klub olub. Rekord 21 qələbə isə "Mançester Yunayted"ə məxsusdur.

Qeyd edək ki, İngiltərə Superkubokunda əvvəlki mövsümün Premyer Liqa çempionu ilə ölkə kubokunun qalibi qarşılaşır.

Xatırladaq ki, "Arsenal" 2025/26 mövsümündə 85 xalla Premyer Liqanın qalibi olub. "Mançester Siti" isə 78 xalla ikinci yeri tutub və İngiltərə Kubokunu qazanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью