Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Arsenal" onu hədəfə aldı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
"Arsenal" "Nyukasl"ın kapitanı Bruno Gimarayeşi transfer etmək üçün rəsmi təklifini göndərib.
QOL.az xəbər verir ki, "The Guardian" nəşrinin məlumatına görə, London klubu 28 yaşlı braziliyalı yarımmüdafiəçi üçün 70 milyon funt sterlinq təklif etsə də, bu təklif rədd edilib.
Bildirilir ki, "Nyukasl" futbolçunun transferindən təxminən 80 milyon funt sterlinq gəlir əldə etməyi hədəfləyir. Bununla yanaşı, Gimarayeş artıq klub rəhbərliyinə "Arsenal"a keçmək istədiyini vurğulayıb.
Qeyd olunur ki, transferin baş tutub-tutmayacağı "Arsenal"ın təklifini artırıb-artırmayacağından asılı olacaq.