"Arsenal"a qələbə üçün gəlmişəm"

22.08.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Arsenal"a qələbə üçün gəlmişəm"

"Arsenal"ın yeni transferi Ezra Konsa kluba keçidi haqda ilk təəssüratlarını bölüşüb.

QOL.az xəbər verir ki, İngiltərə millisinin müdafiəçisi London klubu ilə uzunmüddətli müqavilə imzaladıqdan sonra yeni mərhələdəki əsas hədəflərindən danışıb.

Konsa həm mərkəz müdafiəçisi, həm də sağ cinah müdafiəçisi kimi çıxış edə bildiyini bildirib:

“Universal oyunçu olmaq yaxşıdır. Həm sağ cinah müdafiəçisi, həm də mərkəz müdafiəçisi mövqeyində oynaya bilirəm. Amma nəticə etibarilə, baş məşqçi məni harada görmək istəyirsə, həmişə əlimdən gələnin ən yaxşısını edəcəyəm.

Mən bura qələbələr qazanmaq üçün gəlmişəm. Daha artığını istəyirəm. Ötən mövsüm Avropa Liqasında qələbənin dadını hiss etdim və daha böyük uğurlara nail olmaq istəyirəm”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью