Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
“Arsenal”ın hücumçusu Qabriel Jezus yay transfer pəncərəsi bağlanana qədər London klubunu tərk edə bilər.
QOL.az xəbər verir ki, "Standart" nəşrinin məlumatına görə, “topçular” braziliyalı futbolçu ilə bağlı gələcək təklifləri nəzərdən keçirməyə hazırdır. Komandanın baş məşqçisi Mikel Arteta da Jezusun son məşqdə iştirak etməməsinin onun gələcəyi ilə əlaqəli olduğunu istisna etməyib:
“Hazırkı vəziyyət heyətdəki futbolçuların sayı ilə bağlıdır. Bəzi oyunçuların fərdi vəziyyətləri var və biz hər birinə ayrıca yanaşırıq”.
Jezusun “Arsenal”dan ayrılmağa yaxın olub-olmaması ilə bağlı suala Arteta konkret cavab verməsə də, vəziyyətin aydın olduğunu vurğulayıb:
“Bu, futbolçuların fərdi vəziyyətləri ilə bağlıdır. Düşünürəm ki, əlavə izaha ehtiyac yoxdur”.
Bildirilir ki, “Napoli” 29 yaşlı hücumçunun transferi ilə maraqlanır. Lakin “Arsenal”ın onun üçün təxminən 20 milyon funt sterlinq tələb etməsi və futbolçunun yüksək maaşı keçidin baş tutmasını çətinləşdirir.