"Arsenal"dan yeni transfer

01.08.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Arsenal"dan yeni transfer

"Arsenal"dan 90 milyon avroluq yeni transfer

"Arsenal" heyətini braziliyalı yarımmüdafiəçi Bruno Gimaraeşlə gücləndirməyə hazırlaşır.

QOL.az "L’Équipe"yə istinadən xəbər verir ki, London klubu 28 yaşlı futbolçunun transferi ilə bağlı tam razılıq əldə edib. Müqavilənin dəyəri 90 milyon avro olacaq.

Bruno Gimaraeş 2022-ci ilin yanvarından "Nyukasl"da çıxış edirdi. O, İngiltərə klubuna Fransanın "Lion" komandasında keçmişdi. Bu müddətdə komandanın aparıcı futbolçularından birinə çevrilən yarımmüdafiəçi Braziliya millisinin də əsas üzvlərindən olub.

Bildirilir ki, yaxın vaxtlarda transferlə bağlı bütün rəsmiyyətlər tamamlanacaq və keçid rəsmən açıqlanacaq. Daha əvvəl "Arsenal"ın futbolçu ilə şəxsi müqavilə şərtlərində də razılığa gəldiyi bildirilmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью