"Artıq Almaniyada oynaya bilmərəm"

11.11.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Artıq Almaniyada oynaya bilmərəm"

İspaniya millisinin və "Real"ın müdafiəçisi Mark Kukurelya Almaniyada azarkeşlərin ona qarşı münasibətindən danışıb.

QOL.az xəbər verir ki, futbolçu Avro-2024-ün 1/4 finalında Almaniya ilə qarşılaşmada (2:1) yaşanan penalti epizodundan sonra yerli azarkeşlərin onu fitə basdığını bildirib.

Həmin oyunun 106-cı dəqiqəsində Camal Musialanın zərbəsindən sonra top Kukurelyanın əlinə dəymişdi. Lakin baş hakim Entoni Teylor Almaniya millisinin lehinə penalti təyin etməmiş, VAR da epizoda müdaxilə etməmişdi. Daha sonra UEFA hakimin bu qərarını səhv kimi qiymətləndirmişdi.

Kukurelya Almaniyada meydana çıxmasının artıq onun üçün çətin olduğunu deyib: “Bilirəm ki, bundan sonra Almaniyada oynaya bilmərəm. Hər dəfə bunu mənə xatırladırlar. Niyə qəzəblərini məndən çıxarmaq qərarına gəldiklərini bilmirəm. Nə etmək olar".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью