Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan hərbçisinin Ermənistan ərazisində saxlanması ilə bağlı daha bir açıqlama verib.
"Bakupost" "Unikal"a istinadla xəbər verir ki, o, bunun adi bir cinayət hadisəsi olduğunu qeyd edib.
"Hərbçi atəş açıb, vətəndaşı yaralayıb və insanların evlərinə daxil olub. Əgər bunların heç biri baş verməsəydi, biz həmin əsgəri elə həmin gün Azərbaycana qaytarardıq. Lakin indi o, problem yaradır", – deyə Paşinyan açıqlayıb.