"AZAL" Gəncə Sankt Peterburq reyslərini yenidən BƏRPA ETDİ

30.05.2026

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Gəncə-Sankt-Peterburq marşrutu üzrə mövsümi reyslər "Azərbaycan Hava Yolları"nın (AZAL) cədvəlinə yenidən daxil edilib.

Bakupost.az xəbər verir ki, AZAL-dan verilən məlumata görə, ilk uçuş bu gün yerli vaxtla saat 16:20-də Gəncədən yola düşüb. Uçuşlar həftədə bir dəfə, şənbə günləri yerinə yetiriləcək.

İki şəhər arasında uçuşlar əvvəllər 2025-ci ilin yay mövsümünün sonuna qədər həyata keçirilirdi, bundan sonra isə dayandırıldı.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью