"Azdrama" teatrda baş verən mübahisəyə cavab verdi

08.04.2025

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Aprelin 4-də Akademik Milli Dram Teatrında Bədii şuranın iclası keçirilib.

Bakupost.az xəbər verir ki, iclas zamanı rolların müzakirəsi mövzusunda iki aktyor arasında müəyyən gərginlik yaranıb.

Qeyd olunan fakt tamaşa afişası, rejissorun tamaşaya yanaşması, aktyor oyunu ilə bağlı olub. Yəni yaradıcılıqla bağlı. Hazırda teatrda yaradıcı proses öz axarında davam edir, eyni anda 3 tamaşanın məşqi aparılır, hüquq mühafizə orqanına müraciət faktı qeydə alınmayıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью