"Azərbaycan uzunmüddətli inkişaf üçün möhkəm təməl formalaşdırıb"

11.06.2026

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


"Son iyirmi il ərzində Azərbaycan strateji investisiyalar, müasir infrastruktur və islahatlara əsaslanan biznes mühiti vasitəsilə uzunmüddətli inkişaf üçün möhkəm təməl formalaşdırıb”.


Bakupost.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov “Dayanıqlılıq və enerji transformasiyası” mövzusunda “Technovation” forumunda çıxışı zamanı bildirib.

“Bu gün qeyri-neft sektoru iqtisadiyyatımızın əsas hissəsini təşkil edir və iqtisadi artımın başlıca hərəkətverici qüvvəsi kimi çıxış edir.

Məqsədimiz aydındır: bu inkişaf tempini daha da sürətləndirmək, gələcəyə hesablanmış, şaxələndirilmiş və innovasiyalara əsaslanan iqtisadiyyat qurmaqdır.

Bu məqsədə nail olmaq üçün rəqəmsal transformasiyanı iqtisadi gündəliyimizin mərkəzinə yerləşdirmişik”.

Aygün M.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью