"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"

22.09.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"

Tacikistan millisinin kapitanı Axtam Nazarov Azərbaycanla sabah keçiriləcək yoldaşlıq oyunu öncəsi fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, o, komandasının Bakıda keçiriləcək qarşılaşmaya hazır olduğunu bildirib.

“Azərbaycanda bizi yaxşı qarşıladılar. Sabah meydanda iki yaxşı komanda mübarizə aparacaq. Yaxşı futbol göstərməyə hazırıq. Azərbaycan millisinin bəzi futbolçularını tanıyıram. Kapitanı, həmçinin cinah yarımmüdafiəçilərini tanıyıram.

Oleq Baklov da burada oynayır, amma indiyədək Azərbaycandan mənə heç vaxt təklif gəlməyib. Azərbaycan futbolunu izləyirəm. Komandalarınız Çempionlar Liqasında çıxış edir. Sizə uğurlar arzulayıram”.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью