"Azərbaycanla əməkdaşlığa heç bir maneə yoxdur" Putinin nümayəndəsi

27.10.2025

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Rusiya Azərbaycanla humanitar əlaqələri bərpa etməyə hazırdır.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy açıqlama verib.

“Ölkələr arasında mədəni əlaqələrin bərpa olunmaması üçün dərin səbəblər yoxdur”, - deyə Şvıdkoy bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya Azərbaycanla əsrlərlə formalaşmış ortaq tarixə malikdir:

“Xalqlarımız bir-biri ilə sıx bağlıdır və hər iki ölkədə cəmiyyətin əsasını təşkil edən eyni mənəvi və əxlaqi dəyərləri bölüşürlər".

Lalə, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью