Bakupost saytına istinadən Icma.az xəbər verir.
Xırdalanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakupost.az xəbər verir ki, dünən axşam saatlarında "Azərsun"un işçisi Ceyhun Məmişovu avtomobil vurub.
O, xəstəxanaya aparılarkən, yolda vəfat edib.
Qeyd olunur ki, mərhum Xırdalandakı restoranlardan birində ziyafətdə olub. Hadisə o, restorandan çıxıb evə gedən zaman baş verib.
Faktla bağlı araşdırma aparılır.
Elnur, BakuPost