"Barselona" De Yonqa qiymət qoydu

21.08.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Barselona" De Yonqa qiymət qoydu

"Barselona" niderlandlı yarımmüdafiəçisi Frenki de Yonqu satmağa hazırdır.

QOL.az "El Nacional"a istinadən xəbər verir ki, Kataloniya klubu futbolçunu 65 milyon avro dəyərində qiymətləndirib. Baş məşqçi Hans-Diter Flik də onun transferinə razılıq verib.

Mənbənin məlumatına görə, almaniyalı mütəxəssis de Yonqun kapitan sarğısını əlindən alıb. Buna səbəb isə futbolçunun zədəsinə baxmayaraq, 2026-cı il dünya çempionatına yollanması olub. Nəticədə onun zədəsi daha da ağırlaşıb və uzun müddət yaşıl meydanlardan uzaq qalıb.

Qeyd edək ki, "Barselona" avqustun 23-də yeni La Liqa mövsümündə ilk oyununu keçirəcək. Komanda "Elçe" ilə qarşılaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью