"Barselona" ilə matçın bilet satışı dayandırıldı

10.08.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Barselona" ilə matçın bilet satışı dayandırıldı

"Bazel" "Barselona" ilə yoldaşlıq oyununa biletlərin satışını müvəqqəti dayandırıb.

QOL.az xəbər verir ki, bu barədə "Barca Universal" məlumat yayıb.

Avqustun 16-da "Sent-Yakob Park"da keçiriləcək qarşılaşmaya böyük tələbat yaranıb. 38 mindən çox tamaşaçı tutumuna malik stadionda keçiriləcək matça bilet satışı zamanı sayta yüz milyonlarla sorğu daxil olub və sistem yüklənməyə tab gətirməyib.

"Bazel" günün ikinci yarısında sistemi bərpa etməyə çalışsa da, problem aradan qaldırılmayıb. Bilet satışının çərşənbə axşamı bərpa olunacağı gözlənilir.

Qeyd edək ki, "Barselona"nın "Bazel"lə oyunu avqustun 15-də Mərakeşdə keçirilməsi planlaşdırılan "Tancər" matçının ləğvindən sonra təşkil olunub.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью