"Barselona" "Fənərbaxça"nın qapıçısını istəyir

20.08.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Barselona" "Fənərbaxça"nın qapıçısını istəyir

"Barselona” qapıçı mövqeyini gücləndirməyə hazırlaşır.

QOL.az “Marca” nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu "Fənərbaxça"da çıxış edən Xorvatiya millisinin qapıçısı Dominik Livakoviçi transfer etməyə yaxındır.

“Barselona”nın İstanbul klubu ilə danışıqları artıq son mərhələdədir. Lakin tərəflər arasında hələlik razılıq əldə olunmayıb.

Kataloniya təmsilçisinin planına əsasən, transfer sentyabrın 1-dək rəsmiləşdirilməli və Livakoviç bir mövsümlük icarəyə göndərilməlidir. Məqsəd xorvatiyalı qapıçının əsas heyət üzvü olacağı komandada oyun praktikasını davam etdirməsidir.

Məlumata görə, “Barselona”nın Livakoviç üçün “Fənərbaxça”ya 3-5 milyon avro ödəməsi gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью