"Barselona"da 16 yaşlı müdafiəçi

01.09.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Barselona"da 16 yaşlı müdafiəçi

"Barselona" Almaniyanın "Hamburq" klubunun 16 yaşlı mərkəz müdafiəçisi Mikael Bazanın transferi ilə bağlı razılığa gəlib.

QOL.az xəbər verir ki, bu barədə "Sky Sport Germany" məlumat yayıb.

Kataloniya klubu futbolçu ilə 2029-cu ilədək müqavilə imzalayacaq. Yaşına görə Baza ilə daha uzunmüddətli sözləşmənin bağlanması mümkün deyil. Futbolçunun tibbi müayinədən keçməsi və sənədləri imzalaması bu günə planlaşdırılıb.

Transferdən sonra gənc müdafiəçi "Barselona"nın U-19 komandasında və "Barselona B"də çıxış edəcək. Klub onu mərhələli şəkildə əsas komandanın səviyyəsinə hazırlamağı planlaşdırır.

Transferin maliyyə detalları açıqlanmayıb. "Mundo Deportivo"nun məlumatına görə, "Hamburq" əvvəlcə futbolçu üçün 250 min avro və bonuslar tələb edib. "Barselona" isə məbləğin aşağı salınmasına çalışıb.

Baza "Bavariya"nın və Almaniya millisinin müdafiəçisi Conatan Tanın əmisi oğludur. Solaxay mərkəz müdafiəçisinin boyu 1,93 metrdir.

O, ötən mövsüm "Hamburq"un U-17 və U-19 komandalarında ümumilikdə 17 oyuna çıxaraq 4 qol vurub. Cari mövsümdə isə "Hamburq-2" və U-19 komandalarının hər birində 1 matç keçirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью