"Barselona"nı tərk edə bilər

09.08.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

"Barselona"nı tərk edə bilər

"Barselona"nın yarımmüdafiəçisi Mark Bernal yay transfer pəncərəsinin son günlərində diqqət mərkəzinə düşüb.

QOL.az xəbər verir ki, 18 yaşlı futbolçu daha çox oynamaq və inkişaf etmək istəyir. Lakin "Barselona"nın baş məşqçisi Hans-Diter Flik onun komandadan ayrılmasına qarşıdır.

"Sport" nəşrinin məlumatına görə, almaniyalı mütəxəssis Bernala ona güvəndiyini və gələcəkdə komandanın əsas futbolçularından biri kimi gördüyünü bildirib.

Bernal isə yarımmüdafiədəki güclü rəqabət səbəbindən oyun vaxtı qazanmağın çətin olacağını düşünür. Futbolçu mövsüm ərzində kifayət qədər şans əldə etməyəcəyi təqdirdə klubdan ayrılmaq variantını nəzərdən keçirə bilər.

Qeyd olunur ki, "Mançester Siti" də son iki ildə Bernalla maraqlanıb. İngiltərə klubunun futbolçunun transfer dəyərini təxminən 35 milyon avro qiymətləndirdiyi bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью