"Baş verənlər biabırçılıqdır” Modriç

07.10.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Baş verənlər biabırçılıqdır” - Modriç

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç Portuqaliya yığmasında Kriştiano Ronaldo ətrafında yaşanan hadisələrə münasibət bildirib.

QOL.az xəbər verir ki, Modriç sosial şəbəkə hesabındakı paylaşımında Ronaldonun milli komandadakı gələcəyi ilə bağlı məsələnin düzgün şəkildə həll edilməli olduğunu yazıb:

O, portuqaliyalı ulduzun yığmada davam edib-etməyəcəyindən asılı olmayaraq, layiqli şəkildə yola salınmalı olduğunu vurğulayıb: “Baş verənlər biabırçılıqdır. Kriştiano yaranmış vəziyyətdə həqiqi bir qərara layiqdir – istər milli komandada karyerasını davam etdirməsi, istərsə də layiqli şəkildə yola salınması. O, möhtəşəm vida mərasiminə layiqdir. Kriştiano Portuqaliya millisinin tarixində ən böyük futbolçudur” - deyə Modriç bildirib.

Qeyd edək ki, Ronaldo oktyabrın 6-da milli komandadakı vəziyyətlə bağlı açıqlama yayıb. O, baş məşqçi Jorje Jezuşla yaşanan münaqişədən sonra Portuqaliya millisinin düşərgəsini tərk edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью