Icma.az bildirir, Qol.az portalına istinadən.
"Bavariya"dan Keyn qərarı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
"Bavariya" futbolçusu Harri Keynin gələcəyi haqda qərar qəbul edib.
QOL.az xəbər verir ki, Münhen klubu ingiltərəli hücumçu ilə müqavilənin 2029-cu ilin yayına qədər uzadılması üçün danışıqlara bu həftə başlayacaq. Bu barədə "The Times" məlumat yayıb.
33 yaşlı futbolçu məzuniyyətdən qayıtdıqdan sonra klub rəhbərliyi ilə görüşərək yeni müqavilənin şərtlərini müzakirə edəcək. Onun illik təxminən 25 milyon avro olan maaşının ciddi şəkildə dəyişməyəcəyi gözlənilir.
Keyn 2023-cü ilin yayında 100 milyon avro qarşılığında "Tottenhem"dən "Bavariya"ya keçib. Onun hazırkı müqaviləsi 2027-ci ilin iyununa qədərdir. Ötən mövsüm hücumçu bütün turnirlərdə 51 oyuna çıxıb, 61 qol vurub və 7 məhsuldar ötürmə edib.